Yazını böyüt
Yazını kiçilt
Goranboy rayonunda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib.
Hafta.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankı tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.
Rayon sakinlərinin iştirak etdiyi aksiyanın keçirilməsində məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin sağlamlığı üçün qan təminatının yaxşılaşdırılmasıdır.