Ağdamda açıq ərazidə yanğın davam edir - YENİLƏNİB

22:33 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən yanğın hələ də davam edir.

Hafta.az bildirir ki, keçmiş təmas xəttində yerləşən minalanmış ərazidə başlayan yanğın zamanı vaxtaşırı partlayış səsləri eşidilir.

Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

*** 18:48

Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.

Hafta.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.