“Akkord”un binasında FACİƏ

17:26 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda faciəli hadisə baş verib.

Hafta.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Akkord” yaşayış kompleksində qeydə alınıb.

Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Qəmbər Heydər oğlu İbrahimov 8-ci mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.