Macarıstanda yeni respublika prezidentinin müəyyənləşdirilməsi ilə bağlı ictimai müzakirələr davam edir.
Hafta.az xəbər verir ki, şahmat ustası Yudit Polqar namizəd olmaqdan imtina etdikdən sonra müxtəlif tanınmış şəxslərin adları yenidən gündəmə gəlib.
Hüquqşünas Peter Barandi, keçmiş hakim və vəkil Adrienn Laço, tarixçi İqnaç Romşiç kimi şəxslər mümkün namizədlər arasında göstərilir. Adrienn Laço bildirib ki, rəsmi təklif alacağı təqdirdə məsələni nəzərdən keçirə bilər. Peter Barandi isə dövlət başçısının seçilməsi prosesinin daha ləyaqətli və geniş ictimai razılıq əsasında aparılmasının vacibliyini vurğulayıb.
Parlamentin qanunvericilikdə nəzərdə tutulan müddətdə prezident postuna yeni namizədi seçməsi gözlənilir. Müzakirələr siyasi və ictimai dairələrdə davam edir.