Mehriban Əliyeva daha bir idmançımızı təbrik edib - FOTO

17:28 01.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında bu gün Yay Paralimpiya oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib.

Hafta.az-ın məlumatına görə, paylaşımda deyilir:

"İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram".