Meksika və ABŞ sərhədində baş verən yanğında 30-dan çox adam ölüb

13:39 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meksikada, ABŞ-la sərhəddə miqrasiya mərkəzində baş verən yanğın nəticəsində 30-dan çox miqrant həlak olub, 100-ə yaxın insan isə yaralanıb. Bu barədə Excelsior qəzeti məlumat yayıb.

"Syudad Xuaresdəki Milli Miqrasiya İnstitutunun (INM) mərkəzində baş verən yanğında azı 35 miqrant ölüb... 100-ə yaxını dəm qazından zəhərlənib, bəzilərinin vəziyyəti ağırdır", - məlumatda deyilir.

Daha sonra yanğında ölənlərin sayının 39 nəfərə çatdığı barədə məlumat yayılıb. Qəzetin yazdığına görə, yanğını ABŞ-a qanunsuz keçməyə cəhd edən miqrantların özləri törədiblər.

Oxunma sayı 75