Meksikada hərbi helikopter qəzaya uğrayıb

11:35 02.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikada Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat helikopteri qəzaya uğrayıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Tabasko əyalətində baş berib. Nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb.

Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilib ki, “Eurocopter” helikopteri havadan müşahidə patrulu zamanı qəzaya uğrayıb.

Qəzanın səbəbi araşdırılır.

Oxunma sayı 1794