Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini artırmaqdır - Serjan Abdıkərimov

17:05 16.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bizim məqsədimiz Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır".

Hafta.az xəbər verir ki, bunu çərşənbə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanda keçiriləcək prezident seçkilərinə həsr olunmuş mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Qazaxıstan İşgüzar Şurası artıq uğurla fəaliyyət göstərir və bu yaxınlarda 24 Qazaxıstan və 35 Azərbaycan şirkətinin iştirakı ilə iclasın keçirilməsi bunun təsdiqidir.

"Ölkələrimiz arasında uzun illər əməkdaşlıq ərzində münasibətlərin keyfiyyətcə yeni səviyyəsi formalaşıb. Azərbaycanla Qazaxıstanı sıx iqtisadi və mədəni-humanitar əlaqələr bağlayır", - deyə o bildirib.

Səfir qeyd edib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokyayevin avqust ayında Azərbaycana səfəri iki ölkə arasında yaxınlaşma və əlaqələrin dərinləşməsi kursunu bir daha təsdiqləyib.

Siyasət rubrikasından digər xəbərlər