Mərakeşin sənaye və ticarət naziri fransızca danışmaqdan imtina edib

11:00 02.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeşin sənaye və ticarət naziri Riyad Mezzur Mərakeşdə qatıldığı görüşdən sonra bir jurnalistin "Fransızca danışmaq" istəyini rədd edib.

Hafta.az-ın yazdığına görə, sosial mediada yayılan görüntülərə görə, Mezzur 27-29 sentyabr tarixlərində Mərakeşdə səhiyyə və kənd təsərrüfatı nazirlikləri tərəfindən təşkil olunan 2-ci Afrika Sağlamlıq Riskinin Azaldılması Yığıncağında iştirak edib.

Mezzur ondan fransızca danışmasını istəyən jurnalistə “İspan, ingilis və ərəb dillərində danışmağa üstünlük verirəm” deyə cavab verib.

Nazirin jurnalistə bu cavabı Mərakeşlə Fransa arasında bir müddətdir davam edən gərginliyi ortaya qoyan son hadisə olub.

Bundan əvvəl (24 sentyabr) sosial mediada Fransaya viza tələbi ilə bağlı kampaniya başladılıb. X sosial media platformasında "Fransızlar üçün viza tətbiq et" etiketi ilə başladılan kampaniya çərçivəsində Fransanın ölkələrinə münasibətinə reaksiya verilib.

Fransa, 8 sentyabr Cümə gecəsi Mərakeşdə baş verən və minlərlə insanın həyatına son qoyan zəlzələdən sonra axtarış-xilasetmə qrupu göndərməyi təklif etsə də, rəsmi Rabat Qətər, İngiltərə, İspaniya və Birləşmiş Ərəb Əmirliklərindən başqa digər yardım təkliflərini rədd edib.

Parisin yardım təklifinə Mərakeşin münasibəti Fransada mübahisələr yaradıb. Çünki Emmanuel Makron Mərakeş hökumətinə deyil, birbaşa Mərakeş xalqına müraciət edib.

Mərakeşlilər "Makronun açıqlama zamanı tonu onun keçmiş koloniyalarına hələ də aşağı baxdığı və onların həmişə onun varlığına ehtiyacı olduğu fikrini əks etdirir" şərhini vermişdilər.

Yardımla bağlı səlahiyyətin Mərakeş kralı VI Məhəmməd və hökumətə aid olduğu bilinsə də, Makronun bu addımı Mərakeşdə onun “müstəmləkə dövrünün nostaljisi” kimi şərhlərə səbəb olub.

Siyasət rubrikasından digər xəbərlər