Mercedes-Benz Rusiya bazarını tərk edir

12:04 26.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Alman avtomobil istehsalçısı Mercedes-Benz Rusiya Federasiyasından çıxdığını və Moskva vilayətindəki avtomobil zavodu da daxil olmaqla yerli törəmə şirkətlərinin səhmlərinin satışını rəsmən elan edib.

Hafta.az Reuters-ə istinadla bildirir ki, Mercedes-in Rusiyanın Kamaz müəssisəsindəki səhmləri bundan təsirlənməyəcək - planlaşdırıldığı kimi bu il onlar Daimler Truck-a verilməlidir.

Rusiya Sənaye və Ticarət Nazirliyi öz növbəsində bildirib ki, “Avtodom” holdinqi “Mercedes-Benz”in Rusiya bölmələrinin yeni sahibi kimi, müştərək istehsalın təşkili üçün digər şirkətləri də istehsal tərəfdaşları kimi cəlb edə biləcək.