Merkeldən yardım istəyən rus kəndinin yolu təmir edildi

12:20 01.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Omsk vilayətinin Verxniy Karbuş kəndinin sakinləri nəhayət ki, yollarını çəkdirə biliblər. Uzun müddət federal idarəçilərdən gözlədikləri yardımı ala bilməyən kəndlilər ötən il Almaniyanın o vaxtkı kansleri Angela Merkelə yazdıqları məktubla gündəmə gəlib.

Hafta.az-ın yazdığına görə, məktub təşəbbüsü ilə çıxış edən yerli bələdiyyə məclisinin üzvü İrina Drozdova bildirib ki, ilk maşınlar oktyabrın 30-da təmir olunmuş yolu keçib, amma rəsmi açılış noyabrın 4-də olacaq.

Drozdova gözəl bir yol keçdiklərini və Angela Merkelə təşəkkür məktubu göndərərək onları açılışa dəvət etdiklərini bildirib.

Mövzu ilə bağlı xəbər verən Lenta.ru 2021-ci ilin iyun ayında rus mətbuatının gündəminə gələn Verxniy Karbuş kəndinin 19-cu əsrdən sonra alman köçkünlər tərəfindən qurulduğunu və hazırda orada 500-ə yaxın insanın yaşadığını bildirir.

Xatırladaq ki, Merkelə göndərilən məlum məktubdan sonra Merkelin ofisi açıqlama verərək kənd sakinlərinə başqa ölkənin daxili işlərinə qarışa bilməyəcəklərini bildirərək, Moskvadakı Beynəlxalq Alman Mədəniyyəti Dərnəyinə müraciət etməyi tövsiyə etmişdi.