Mərkəzi Bank 200 milyon manat cəlb edəcək

12:20 04.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 6-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən hafta.az-a verilən məlumata görə, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-7,24 faiz təşkil edir.