Yazını böyüt
Yazını kiçilt
İsveçrənin Mərkəzi Bankı (SNB) valyuta bazarlarında baş verən yüksək dalğalanmalar səbəbindən ilin 9 ayı ərzində 142,4 milyard İsveçrə frankı və ya 142,4 milyard dollar ziyana düşdüyünü açıqlayıb.
Hafta.az-ın yazdığına görə, bu SNB-nin 115 illik tarixində ən böyük itkidir.

Son zamanlar inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artıran SNB-nin ümumi itkisi qızıl, valyuta və 1,1 milyard İsveçrə frankı həcmində səhmlərin ucuzlaşması üzündən baş verib.
Ekspertlər qeyd ediblər ki, hələ də davam edən böyük itkilər ilin sonunadək SNB-nin 204 milyard İsveçrə frankı və ya eyni məbləğdə dollar ehtiyyatını əridə bilər.