Yazını böyüt
Yazını kiçilt
Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 30 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Tənzimləyicinin məlumatına görə, hərrac zamanı 11 investor 11 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlərlə ümumi məbləği 44 740 200 manat təşkil edib.
AMB-nin qərarına əsasən, bir notun orta qiyməti 97,7974 manat (4,83 faiz) olub.
Hərrac nəticəsində yerləşdirilmiş notların həcmi 30 000 000 manat təşkil edib.
Notların ödəmə tarixi 18 may 2023-cü ildir.