Meşəlikdən "Kalaşnikov" tapıldı

23:00 28.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a  verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan “AK-74” markalı 1 avtomat və 30 patron aşkarlanaraq götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.