Hollivud ulduzu və komediya aktyoru Rami Yusif ABŞ-da milli telekanald yayımlanan "Saturday Night Live (SNL)" proqramında fələstinlilərin "əziyyətlərinə son qoymaları" üçün dua edib.
Hafta.az-ın yazdığına görə, Yusif NBC milli telekanalında SNL komediya şousunun qonağı olub. Dostlar qrupunda “namaz qılan” kimi tanınan Yusif namaz qılmağı tələb olunmasından danışıb.
Yusif deyib ki, bir dostu ondan Qəzzada yaşayan ailəsi üçün dua etməsini istəyib.
"Xahiş edirəm, bu iztirablara son verin. Zorakılığı dayandırın. Fələstin xalqını azad edin", - o, məhz belə dua etdiyini bildirib.
Hollivud aktyoru 96-cı Oskar mükafatlandırma mərasimindən əvvəl "Qəzzada dərhal və daimi atəşkəsə çağırırıq. Fələstin xalqı üçün sülh və daimi ədalətə çağırırıq. Bu, əslində universal bir mesajdır: Uşaqları öldürməyi dayandırın" mesajını verib.