Məşhur alimi maşınla vuran şəxs tanınmış həkimdir

12:38 16.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıdakı yol qəzasında həlak olmuş tanınmış alim Arif Acaloğlunu vuran “Mercedes” markalı avtomobilin sürücüsünün kimliyi məlum olub.

Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, avtomboili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Qeyd edək ki, Azər Maqsudov da kifayət qədər tanınmış şəxsdir.

O, 1998-ci ildən KTM-nin Toksikologiya şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, mərhum alim Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb.  Arif Acaloğlu son vaxtlar Mərmərə Universitetində çalışırdı. O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə çoxsaylı akademik fəaliyyətlər göstərib.

Bədbəxt hadisə noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində baş verib.