Yazını böyüt
Yazını kiçilt
Hollandiyanın və "Bavariya"nın sabiq futbolçusu Aryen Robben həyat planlarından danışıb.
Hafta.az De Telegraaf-a istinadla bildirir.
“Hazırda indiki fəaliyyətimdən həzz alıram və hesab edirəm ki, bu kifayətdir. Ola bilsin ki, beş ildən sonra baş məşqçi və ya texniki direktor, ya da ola bilsin ki, supermarketdə menecer olacağam”, - Robben bildirib.
Robbenin son klubu onun yetirməsi olduğu “Qroningen” olub. 2020/2021 mövsümündən sonra hollandiyalı futbolçu peşəkar karyerasını başa vurub. Robben karyerasının böyük hissəsini “Bavariya”da keçirib. O, həmçinin Real Madrid və London Chelsea-də də oynayıb.