Yazını böyüt
Yazını kiçilt
İngiltərə millisinin, "Mançester Yunayted", "Paris Sen-Jermen"in və "Real"ın sabiq futbolçusu Devid Bekhem sosial şəbəkədəki səhifəsində Argentina millisinin kapitanı Lionel Messini 2022-ci il dünya çempionatının finalında Fransa millisi üzərində qazandığı qələbə münasibətilə təbrik edib.
Devid Bekhem "Kral Leo Messi" yazıb.
Argentina dünya çempionatının finalında Fransaya qalib gəlib. İki əsas hissə 2:2 hesabı ilə başa çatıb, əlavə vaxtda komandalar bir-birini əvəzləyib, penaltilər seriyasında isə argentinalılar daha dəqiq olub - 4:2.