Paris Saint-Germain-in argentinalı hücumçusu Lionel Messi "Qızıl top"u qazanmaq üçün əsas favorit olaraq qalır. Goal.com-un məlumatında deyilir.
Nəşr bu mükafatı qazanmaq üçün favoritlərin yenilənmiş reytinqini dərc edib. Messi birinci pillədə qalıb, ikinci yerdə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland, üçüncü yerdə PSJ-nin fransalı hücumçusu Kilian Mbappe qərarlaşıb.
İlk 10 belə görünür:
1. Lionel Messi (Argentina, PSJ);
2. Erlinq Holland (Norveç, Mançester Siti);
3. Kilian Mbappe (Fransa, PSJ);
4. Vinisius Junior (Braziliya, Real Madrid);
5. Kərim Benzema (Fransa, Real Madrid);
6. Viktor Osimhen (Nigeriya, Napoli);
7. Xviça Kvaratsxeliya (Gürcüstan, Napoli);
8. Kevin De Bruyne (Belçika, Mançester Siti);
9. Markus Raşford (İngiltərə, Mançester Yunayted);
10. Robert Levandovski (Polşa, Barselona)