Messinin qol vurduğu 96-cı klub

21:15 05.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

PSJ-nin futbolçusu Lionel Messinin qol vurduğu klubların sayı 96-ya çatıb.

Hafta.az xəbər verir ki, argentinalı hücumçu Fransa Liqasının 22-ci turunda ötən gecə “Tuluza” ilə keçrilən oyunun 58-ci dəqiqəsində komandasına qələbə qazandıran (2:1) qolun müəllifi olub. Messi üz-üzə gəldiyi 113 rəqibdən 96-nın qapısına yol tapmağı bacarıb.

Qeyd edək ki, Lionel Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 23 oyunda 14 qol vurub, 14 məhsuldar ötürmə verib.

Oxunma sayı 224