Yazını böyüt
Yazını kiçilt
Bazar günü səlahiyyətlərinin icrasına başlayan İranın yeni prezidenti Məsud Pezeşkian bu gün and içəcək.
Hafta.az ölkənin KİV-nə istinadən xəbər verir ki, Pezeşkianın inauqurasiya mərasimi İslam Şurası Məclisində keçiriləcək.
İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi yeni prezidentin günortadan sonra and içəcəyini deyib.