Mətbəxdən sonra şərab: gürcülər italyanları sıxışdırır

11:17 22.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin ilk yarısında Rusiyanın ən çox şərab idxal etdiyi ölkə Gürcüstan olub.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, gürcü şərablarının idxalı ilin ilk beş ayında 63 faiz artaraq İtaliya şərablarını üstələyib.

Yanvar-may ayları arasında Rusiya Gürcüstandan 24,1 milyon litr şərab alıb. İtaliyadan alınan şərabın miqdarı 23,3 milyon litrdir. Beləliklə, gürcü şərablarının ümumi idxalda payı 19 faizə yüksəlib.

İdxalçılar bildirirlər ki, gürcü şərablarının önə çıxmasında aşağı qiymət və rüsumsuz idxal faktorları mühüm rol oynayır.

Qeyd edək ki, bir neçə gün əvvəl yaydığımız xəbərə əsasən, Rusiyada gürcü mətbəxi də italyanları geridə qoyub. 2023-cü ilin yanvar-may ayları arasında Rusiyada gürcü restoranlarının françayzinqinin açılması üçün edilən müraciətlərdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35 faiz artım olub. Hazırda yalnız Moskva şəhəri və ətraf rayonlarda təxminən 900 kafe və restoranda, eləcə də 223 fast-fud məntəqəsində gürcü yeməkləri verilir.

Bununla da Rusiyada kafe və restoranlarda italyan mətbəxinin payı 41 faizdən 33 faizə enərkən, gürcü mətbəxində bu nisbət 24 faizdən 32 faizə yüksəlib.