Metroda nasazlıq - Sərnişinlər düşürüldü

09:21 27.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.

Bu barədə hafta.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır.

 

Xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, 3-5 dəqiqə təşkil edib.