Metroların hərəkətində yenə də problem yarandı – FOTO

10:00 25.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında yenə də metro qatarlarının hərəkət qrafikində gecikmələr olub.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, noyabrın 25-i saat 09:00-09:12 dəqiqələri arasında “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyası üzrə hərəkət edən qatarların hərəkət qrafikində gecikmə baş verib. Gecikmə müddəti 12-dəqiqədən də artıq olub. Nasazlıq “İnşaatçılar” metrostansiyasında baş verib.

Gecikmənin səbəbi barədə sərnişinlərə məlumat verilməyib. Sərnişinlər pik saatda baş vermiş gecikməyə görə narahatlıqlarını ifadə ediblər. Qatar saat 09: 13-də marşrut istiqaməti üzrə hərəkətə keçib. Qeyd edək ki, noyabrın 24-də saat 05:41 dəqiqədə "Həzi Aslanov-Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stasiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar etmişdi.

Nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal "Bakı Metropoliteni" QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb olunmuşdular. Nasazlıq 4 saatdan bir qədər artıq müddətdə aradan qaldırılmışdı.