Metronun yeni stansiyası nə vaxt istifadəyə veriləcək?

18:20 08.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Əgər hansısa problem olmazsa, ilin sonuna qədər Bakı metropoliteninin "B3" stansiyası təhvil veriləcək".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib.

Sədr qeyd edib ki, pandemiya dövrü olmasına baxmayaraq, Bakı metropoliteni tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçiriləcək: "Metro stansiyalarının tikintisi də daxil olmaqla zəruri təmir-tikinti işləri davam etdiriləcək. Əgər hansısa problem olmazsa, ilin sonuna qədər Bakı metropoliteninin "B3" stansiyası da təhvil veriləcək".