Meyiti tapılan həkim şəhid qızı imiş

10:40 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda həkimin meyiti göldən tapılıb.

Hafta.az xəbər verir ki, meyiti tapılan 53 yaşlı Sevda Nəbiyeva şəhid qızıdır. Mərhumun atası Nəbiyev Camal Abbasəli oğlu 1991-ci il fevralın 15-də 53 yaşında şəhid olub.

C.Nəbiyev Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən ermənilər tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib./unikal/