Milli komandaya qoşulmamaq qərarına gəldim -Mourinyo

19:01 13.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Roma"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik etmək fürsətinin olduğunu təsdiqləyib.

“Mən etimada görə Portuqaliya Futbol Federasiyasının prezidentinə təşəkkür etmək istəyirəm. Bu, məndə qürur hissi yaratdı, amma milli komandaya getməməyə qərar verdim. Mən Romadayam və əsas məsələ budur" - Mourinyodan sitat gətirən gazetta.it xəbər verir.

Yanvarın 9-da ispaniyalı Roberto Martinez Portuqaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Bu postda o, Fernando Santosu əvəzləyib.