Bu gün Milli Məclisin Plenar İclası Xocalı soyqırımın qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla anmaqla öz işinə başlayıb.
Milli Məclsin spikeri Sahibə Qafarova I Qarabağ müharibəsinin gedişində erməni hərbi dəstələrinin, xaincəsinə Xocalıya hücumu, Azərbaycan şəhərini necə vəhşiliklə viran qoyması, dünyada misli görünməyən bir cinayətin törədildiyini faktlarla diqqətə çatıdırıb.
Spiker erməni vandallarının Xocalıda törətdiyi söyqırım faktına rəqəmlərlə diqqət çəkib.
Bir daha yada salınıb ki: Ermənilərin Xocalıda törətdiyi soyqırım aktında 8 ailə tamamən məhv edilib... 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakin xüsusi amansızlıqla qətlə yetirilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.