Milli Məclisə gender bərabərliyi ilə bağlı qanun layihəsi təqdim ediləcək - Komitə sədri

11:45 19.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dövlət Komitəsi öz fəaliyyətində mətbuatla əməkdaşlığı prioritet hesab edir. Vaxtaşırı media nümayəndələri ilə görüşür, Komitənin işi ilə bağlı ictimaiyyəti məlumatlandırırıq.

Hafta.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.

B.Muradova qeyd edib ki, 2021-2023-cü illər ərzində kommunikasiya, sosial media siyasəti ilə bağlı Komitə fərqli insanlarla işləyir. Bununla bağlı məlumat tərtib edilib.

Komitə sədri eyni zamanda gender bərabərliyi ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim ediləcəyini bildirib. Neqativ halların, gündəlik, həyatımıza maneə olan məsələlərin öyrənilməsi üçün təhlillərin aparıldığını önə çəkib. Komitə sədri qeyd edib ki, 6 əsas məsələ üzərində təhlillər apırılıb ki, bir çox məsələlərə aydınlıq gətirilib. Komitə sədri aparılan təhlillərlə bağlı ümumiləşdirib ictimaiyyətə məlumat veriləcəyini deyib.