07 noyabr 2020-ci ildə Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili” layihəsi çərçivəsində yekun konfransını keçirib.
Layihənin məqsədi xaricdə yaşayan, orada dünyaya gəlib formalaşan gənclərimizi, soydaşlarımızı, milli mədəniyyətimiz, incəsənətimiz, tarixi həqiqətlərimiz, adət-ənənələrimizlə tanış etmək, onlarda milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirmək, xarici lobbimizi formalaşdırmaqla ölkəmizi tanıtmaq və milli maraqlarımızı qorumaqdır.
Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyinin sədri Xoşbəxt Seidova çıxış edərək, layihə haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, Ali baş komandanımızın uzaqgörən siyasəti, müzəffər ordumuzun şərəfli döyüş yolu haqqında veriləcək məlumatlar, yeniyetmə və gənclərin vətənə olan sevgilərini daha da gücləndirəcəkdir.
Tədbirdə İğdır-Azerbaycan dil, tarix və Kültür Birliyinin Yaşatma və Dəstəkləmə Dərnəyi rəhbəri Ziya Zakir Acar, Türkiyə Azərbaycan Dostuq Dərnəkləri Federasiyası iğdir Azerbaycan evinin sədri Sərdar Ünsal, Azərbaycanlı İş və Məslək Sahibi Kadınlar Derneği Yönetim kuruluğu Dernek Başkanı Belkıs Yakıncı, Global Azerbaijan Students Affairs sədri Vüsal Məmmədov, Konya Azərbaycanlı Tələbələr Birliyi nümayəndəsi Fidan Mustafayeva, Tarix institutunun tarix üzrə fəlsəfə doktoru dosent Nigar Axundov, İçərişəhər Muzey Mərkəzinin Ekspozisiyalar və Beynalxalq əlaqələr şöbəsini sektor müdri Həcər Alxasova, Tarixşunas müəllimə Aybəniz Muxtarova iştirak edərək mövzu haqqında ətraflı çıxış etdilər.
Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi üzvüləri adından tədbirlərin keçirilməsinə dəstək olan, Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Diasporla İş Üzrə Dövlət Komitəsinə, Xarici İşlər Nazirliyinə, Türkiye Cumhuriyeti Bakü Büyükelçiliğinə və tədbirlərimizdə iştirak edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, professor Hikmət Babaoğluna, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna, İğdır-Azerbaycan dil, tarix və kültür Birliyinin Yaşatma və Dəstəkləmə Dərnəyinini sədri Ziya Zakir Acar, Azerbaycan Dosluq Dərnəkləri Federasiyası İğdır Azerbaycanlılar evi sədri Sərdar Ünsal, Global Azerbaijan Students Affairs Ceo-su Vüsal Məmmədova dərin təşəkkürümüzü bildiririk