Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən atışma ilə bağlı açıqlama verib.
Hafta.az xəbər verir ki, Tramp iki Milli Qvardiya əsgərinin yaralandığı hadisə ilə bağlı danışarkən deyib:
"Onlara atəş açan və hər ikisini ağır vəziyyətdə qoyaraq ayrı-ayrı xəstəxanalara çatdırılmasına səbəb olan heyvanın özü də ağır yaralanıb. Lakin istənilən halda bu ona çox baha başa gələcək”.