Millimiz FIFA-nın reytinq cədvəlində irəliləyib

13:33 06.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Hafta.az AFFA-nın saytına istinadla xəbər verir ki, avqust ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli komandası 1146 xalla 123-cü pillədə qərarlaşıb.

Siyahıya 1841 xalla Braziliya millisi başçılıq edir. Belçika millisi 1816 xalla ikinci, Argentina 1773 xalla üçüncüdür.

Növbəti reytinq cədvəli dekabrda açıqlanacaq.