Millimiz FİFA reytinqində irəlilədi

17:57 29.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Hafta.az qurumun saytına istinadən xəbər verir ki, millimiz son reytinqlə müqayisədə 3 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1143 xalla 121-ci pillədə qərarlaşıb.

Millimiz bu ay  Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə heç-heçə (1:1) edib.

İlk 3-lükdə  dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pillədə (1840 xal) qərarlaşıb. Fransa 2-ci (1838),  Braziliya  3-cü (1834) pillədə qərarlaşıb.