Millimizin dünya çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

14:43 08.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Millimizin dünya çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Bu barədə hafta.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Basketbol üzrə kişilərdən ibarət millimizin 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələ oyunlarında qarşılaşacağı rəqibləri müəyyənləşib. Almaniyanın Münxen şəhərində baş tutmuş püşkatma mərasiminin nəticələrinə əsasən, milli komandamız A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq. Qrup oyunları dairəvi sistem ilə oynanılacaq. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi 2025-ci ilin yayında baş tutacaq dünya çempionatının ilkin təsnifat mərhələsinin ikinci mərhələsinə yüksələcəkdir.

Qeyd edək ki, təsnifat mərhələsinin ilk qrup oyunları 2024-cü il fevralın 19-27-də keçiriləcək.