Millimizin oyununun vaxtı dəyişdirildi

11:37 12.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DÇ-2024-ün elit-raundu çərçivəsində sentyabrın 20-də keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.

Canlı yayımla əlaqədar matçın start fiti əvvəldən nəzərdə tutulduğu kimi, saat 20:00-da deyil, 18:30-da veriləcək.

 

Bakı İdman Sarayında baş tutacaq görüş “CBC Sport”la canlı yayımlanacaq.