ABŞ və İsveçrə alimləri sanksiyalardan sonra Rusiyanı tərk edən şirkətlərin sayı ilə bağlı fikir ayrılığına düşüblər.
Hafta.az-ın "The Wall Street"ə istinadən yazdığına görə, Yale Universiteti Ukrayna əməliyyatının başladığı 24 fevral 2022-ci ildən bəri mindən çox şirkətin Rusiyanı tərk etdiyi qənaətinə gəlib. İsveçrə alimləri isə Qərb şirkətlərinin yalnız 9 faizdən azının Rusiyanı tərk etdiyi qənaətindədirlər. Araşdırmada 1404 Qərb şirkətinin Rusiyada törəmə şirkətlərinin olduğu və onlardan yalnız 120-nin satıldığı müəyyən edilib.
Yale Universitetinin tədqiqatçıları isveçrəli həmkarlarını yalan məlumatlardan istifadə etməkdə və dezinformasiya yaymaqda ittiham ediblər. "The Wall Street" yazır ki, ABŞ alimləri araşdırmalarında Rusiyada fəaliyyət göstərən qlobal transmilli şirkətləri 100 milyon dollardan çox qlobal gəlirə malik hesab edirlər.
Mindən çox xarici şirkət Rusiyanı tərk edib
10:45 07.03.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Dünya rubrikasından digər xəbərlər