Təxminən 111 il əvvəl, Misirin Yeni Krallığının eramızdan əvvəl 1353-1336-cı illər arasında 18-ci sülaləsinin hökmdarlarından olan Firon Axenatonun həyat yoldaşı, dünyada qadın gözəlliyinin simvoluna çevrilən kraliça Nefertitinin büstünün olduğu yeşik Misirdən Almaniyaya aparılıb.
Hfata.az-ın yazdığına görə, rəngli əhəng daşından hazırlanmış büst 1912-ci ildə alman misirşünası Lüdviqin rəhbərlik etdiyi alman nümayəndə heyəti tərəfindən Tell əl-Amarnada (Yuxarı Misirin indiki Minyə bölgəsi) qazıntılar zamanı qədim Misirdə yaşamış heykəltəraş Tutmosun emalatxanasında tapılıb.
Eramızdan əvvəl 1345-ci ilə aid edilən büstün hündürlüyü 47 santimetr, çəkisi təxminən 20 kiloqramdır və kraliça Nefertitinin başını, boynunu və çiyinlərinin bir hissəsini göstərir.
Misir arxeoloqu və keçmiş antikalar naziri Dr. Zahi Havas, Nefertiti büstünün Almaniyadan geri alınması üçün petisiya kampaniyasına başladığını açıqladı.
Şənbə günü paytaxt Qahirənin mərkəzindəki Əmir Təz sarayında keçirilən ictimai seminarda çıxış edən Dr. Havas misilsiz bir əsər olan büstün səyahətini, Misirdən necə çıxdığını və onun geri alınması üçün başladığı kampaniyanın təfərrüatlarını açıqlayıb.
"Bir milyon misirlidən bu sənədi imzalamağı xahiş edirəm ki, Nefertiti büstünün geri alınması prosesinə başlaya bilim" deyib Havas.
1913-cü ilin sentyabrında Misirdən götürülən büst Berlindəki Neues Muzeyinə qoyulana qədər bir yerdən başqa yerə gəzdi. Misir büstü geri almaq üçün çox cəhdlər edib. Sənəddə Almaniya tərəfindən 2007-ci ildə təsdiqlənmiş və 1973-cü ildə Misir tərəfindən qəbul edilmiş “Mədəni sərvətlərin qeyri-qanuni idxalının, ixracının və mülkiyyət hüququnun ötürülməsinin qarşısının alınması və yasaqlanması üzrə tədbirlər haqqında” UNESCO Konvensiyasının 13b maddəsinə uyğun olaraq, mədəniyyət sərvətlərinin qeyri-qanuni yollarla ölkədən çıxarılanların ən qısa zamanda real sahiblərinə qaytarılması lazım olduğu ifadə edilir.
1924-cü ildə heykəlin Berlində rəsmən sərgiləndiyi vaxt büstün geri qaytarılmasını tələb etməyə başlayan Misir hətta 1925-ci ildə Almaniyanın arxeoloji qazıntılarını qadağan etməklə hədələmişdi. Dörd il sonra Misir heykəli başqa parçalarla dəyişdirməyi təklif etdi, lakin Almaniya rədd etdi. Heykəl Almaniyada çox məşhurdur və bir çox yerlərdə onun şəkilləri və afişaları var. Əslində, 1980-ci illərin sonlarında Berlinə səfəri zamanı Misirin keçmiş prezidenti Hüsnü Mübarək heykəli “Misirin Berlindəki səfiri” kimi təsvir etmişdi.
Dr. Havas 2011-ci ildə Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi təyin olunanda Almaniya hökumətinə məktub göndərib. Dr. Havaş məktubunda büstün geri qaytarılmasını tələb etdiyini bildirərək, "Baş nazirin təsdiqini alsa da, məktubda onun imzasını istədiklərini söylədilər" deyib.
Rəsmi səviyyədə Almaniyanın Qahirədəki səfiri 2017-ci ildə Misirin o zamankı qədim əşyalar naziri Dr. Xalid əl-Enani ilə görüşü zamanı o bildirib ki, nazir onu Nefertiti büstünün qaytarılmasına inandıra bilməyib. Almaniya səfiri Nefertiti büstünün Almaniyada çox məşhur olduğunu bildirib.
Qədim Misirin Turizm və Tarixi Abidələr naziri Dr. Xalid əl-Enani 2020-ci ildə Almaniyaya gedib və əsərlərin geri alınması ilə bağlı açıqlama verib. Dr. Enani, o zaman verdiyi açıqlamalarda Nefertiti büstünün Misirdən mübahisəli şəkildə çıxdığını və almanların onun bənzərsiz bir heykəltəraşlıq əsəri olduğu üçün saxladıqlarını söyləyib.
Tarixi Abidələr Ali Şurasının baş katibi Dr. Məhəmməd Əbdülmaqsud Nefertiti büstünün geri alınması üçün kampaniyanın başlanmasını yüksək qiymətləndirib. Bunun təqdirəlayiq bir səy olduğunu bildirən Dr.Əbdülmaqsud, “Ancaq büstü bu cür geri qaytarmaq çox çətindir. Dövlət rəsmi şəkildə və diplomatik əlaqələr vasitəsilə müdaxilə etməlidir. Düşünürəm ki, bu, daha faydalı ola bilər" deyib. Əbdülmaqsud Misirin diplomatik kanallarının, Böyük Misir Muzeyinin açılışını sürətləndirmək üçün Qədim Əsərlər Nazirliyi deyil, Xarici İşlər Nazirliyi vasitəsilə çalışmalı olduğunu vurğulayıb.