Mixail Podolyak: “Saakaşvilinin gətirilməsi gündəliyimizin bir hissəsidir”

12:46 17.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gürcüstanın rəsmi hakimiyyətinə müraciət edirik: Saakaşvilini Ukraynaya da olmasa, heç olmaya başqa bir ölkəyə tibbi məqsədlərlə aparmağımıza imkan verin”.

Hafta.az-ın yazdığına görə, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “TV Pirveli”yə müsahibəsində deyib.

O, Saakaşvilinin Gürcüstandan aparılması məsələsinin Ukraynanın gündəliyinin bir hissəsi olduğunu deyib.

“Saakaşvilini gətirməyimiz imkanına gəlincə, bu, gündəliyimizin bir hissəsidir. Ukrayna bu məsələ üzərində fəal şəkildə işləyir. Prezident Zelenski Saakaşvili ilə bağlı mövqeyini dəfələrlə ifadə edib, çünki biz onu Ukraynanın tamhüquqlu vətəndaşı hesab edirik və bununla yanaşı, onun Gürcüstanın qəlbi olduğunu başa düşürük. Avropalı və ya amerikalı həmkarlarımızla birlikdə müraciətlər edirik, istər Xarici İşlər Nazirliyi, istərsə də Prezident Ofisi olsun. Bir daha Gürcüstanın rəsmi hakimiyyətinə müraciət edirik, Saakaşvilini Ukraynaya da olmasa, heç olmaya başqa bir ölkəyə tibbi məqsədlərlə aparmağımıza imkan versinlər. Başqa bir hüquqi forma ortaya çıxarsa, Ukrayna Prezidenti bu düsturlardan istifadə edəcək. Mənim üçün Mixeil Saakaşvilinin həyatı, sözsüz, çox vacib və qiymətlidir”, – Podolyak bildirib.