Rusiyada mobil operatorlar telefon danışıq vaxtını məhdudlaşdırmağa başlayıblar.
Hafta.az-ın “Vedomosti” qəzetinə istinadən yazdığına görə, “Beeline” abunəçilərinin ən uzun danışıq vaxtını bir dəfəyə 30 dəqiqə ilə məhdudlaşdırıb. “Megafon”da bu limit 45 dəqiqə, “Tele2”də isə digər operatorların abunəçiləri ilə ən uzun danışıq müddəti bir dəfəyə 30 dəqiqədir.
“Business FM”ə müsahibə verən Mobile Research Group-un baş analitiki Eldar Murtazin deyib: “Görürük ki, bir çox insanlar paketsiz tariflər üçün çox axtarış aparır. Bu problemə çevrilə bilər. Təəssüf ki, yalnız bəzi tariflər üçün məhdudiyyətlər qoymaq texniki cəhətdən çox çətindir. Ona görə də hamıya belə məhdudiyyətlər qoyulur”, - deyə o bildirib.
“Rossiyskaya qazeta”nın şərhçisi Oleq Kapranov bildirib ki, uzun söhbətlər xətlərdə yüklənməyə səbəb olur, ona görə də operatorlar uzunmüddətli telefon danışıqlarını kəsmək üçün bu tədbirə əl atıblar.