Rusiya Xarici İşlər Nazirliyinin fikir ayrılıqlarına görə İranla hərtərəfli əməkdaşlıq sazişinin hazırlanması prosesini dondurması ilə bağlı açıqlaması iki ölkə arasında yaxınlaşmanın nə dərəcədə olacağı ilə bağlı suallar yaradıb.
Hafta.az-ın yazdığına görə, münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldıracaq yeni saziş üzərində iş iki il əvvəl başlansa da, danışıqlarda yaranan fasilələr imzalanmanın təxirə salınmasına səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin rəhbəri Zamir Kabulov bildirib ki, görünməmiş bir hadisə kimi, iki tərəf arasında hərtərəfli əməkdaşlıq sazişi üzərində iş “İran tərəfindəki problemlərə görə” dayandırılıb.
Kabulov təfərrüatlara varmadan deyib: “Layihə bu ilin əvvəlində yüksək hazırlıq səviyyəsinə çatdı, lakin sonradan iranlı tərəfdaşlar sazişə bəzi dəyişikliklər etdi, bu isə yenidən Rusiyada nazirliklər arasında təsdiq istədi”.
Lakin Prezident Admnistrasiyası və Xarici İşlər Nazirliyi Kaplovun bəyanatlarını yumşaltmağa tələsiblər; Kremlin sözçüsü Dmitriy Peskov razılaşma üzərində işin davam etdiyini bildirib və bəzi məsələlərdə cədvəlin dəyişdirilə biləcəyini qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sazişin yarısının tam razılaşdırıldığını açıqlasa da, o, Tehranın sazişin imzalanmağa hazır olması üçün hələ də bir neçə proseduru tamamlamalı olduğunu bildirib.