Moskva və Sankt-Peterburqda maksimum istilər olacaq

09:10 06.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il iyulun 3-ü günü dünyanın orta temperaturu 17 dərəcəyə çataraq, rekord qırıb. Sonuncu dəfə 7 il əvvəl müşahidə edilən “El Nino” cənub axınlarının da bu il temperaturun artmasında təsirli olduğu bildirilib.

Hafta.az-ın “Noviye İzvestiya” qəzetinə istinadən yazdığına görə, şimal yarımkürəsi qarşıdakı 6 həftəni həddindən artıq istilərin təsiri altında keçirəcək. Portala açıqlama verən Şirşov adına Okeanologiya İnstitutunun eksperti Natalya Tilinina bildirib ki, eyni zamanda Rusiyanın Avropa hissəsində həddindən artıq istilər və güclü yağıntılar müşahidə olunacaq. Tilinina Avropada olduğu kimi Rusiyada da daşqın təhlükəsinin olduğunu bildirir.

NASA-nın açıqladığı proqnozda temperaturların sentyabr ayına qədər yüksək səviyyədə qalacağı proqnozu var. Bu proqnozlara paralel olaraq rusiyalı meteoroloqlar Moskva və Sankt-Peterburqda olacaqlar. O bildirib ki, Sankt-Peterburqda havanın 28-29 dərəcə isti olacağını gözləyirlər.

Mütəxəssislər bu günlərdə uzun müddət günəşə şüasına məruz qalmamağı və bol su içməyi tövsiyə edir.