Yazını böyüt
Yazını kiçilt
Moskvada suyun keyfiyyətinin pisləşməsi ilə əlaqədar çimməyə icazə verilən ərazilərin sayı üçə qədər azalıb.
Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, bu ərazilər “Bolşoy Qorodskoy Prud”, “Ozero Çyornoye” və “Troparyovo”dur.
“Rospotrebnadzor”un iyunun əvvəlində “üzmək üçün yararlı” elan etdiyi dörd bölgə sonradan siyahıdan çıxarılıb. Jurnal bu çimərliklərin müvəqqəti bağlandığını bildirib. Xəbərə görə, araşdırmalardan sonra çimərliklərin yenidən açılması gündəmə gələ bilər.
Jurnal xatırladıb ki, Moskvada 20-dən çox “hovuzlu çimərlik zonası” var və bu ərazilərdə hələ də üzmək mümkündür.