Bir il əvvəl Moskvada 10 milyon rubldan (132 min dollar) aşağı qiymətə yeni mənzil tapmaq çətin olsa da, indi seçimlər çoxalır.
Hafta.az-ın "Domklik"ə istinadən yazdığına görə, son bir ildə bazarda təkliflərin sayının 9800-dən 16800-ə yüksəlib. Daha ucuz mənzil qiymətlərinin arxasında təklifin artması və inşaatçılar tərəfindən tətbiq edilən endirim siyasəti dayanır.
Digər qurumlar da trendi təsdiqləyiblər. "Best-Novostroy" rəsmiləri bildiriblər ki, qiyməti 10 milyon rubldan aşağı olan yeni mənzillərin sayı 9900-dən 18200-ə yüksəlib. Bildirlir ki, analoji tendensiya ikinci əl mənzil bazarında da müşahidə olunmaqdadır. Qiyməti 10 milyon rubldan aşağı olan ikinci əl evlərin sayı bir ildə 16 faiz artaraq 15,1 mindən 17,4 minə yüksəlib.
Qeyd edək ki, 2022-ci ildə çox sayda Moskva sakini ölkəni tərk edərək evlərini satışa çıxarıb.