Moskvada bir aylıq yağış bir saata yağdı

09:51 29.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Güclü yağış Moskvanın bir çox yerlərini “fəlakət filmləri seti”nə çevirib. Yollar çay məcrasına çevrilib, bəzi keçidləri su basıb.

Hafta.az-ın yazdığına görə, aprelin 27-də səhər saatlarında paytaxtın bəzi yerlərində aylıq yağıntının 70 faizindən çoxu bir saatdan az müddətdə düşüb. Hətta belə qısa müddət ərzində rekord miqdarda yağan yağış Moskvanın bir hissəsinin simasını dəyişib.

“Kursk” metrostansiyasının platformalarını su basıb, bəzi yollarda hətta ictimai avtobusların da hərəkətində çətinlik yaranıb.