Moskvada ruslar məscidin tikintisinə qarşı aksiya keçiriblər

11:40 14.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvanın şərqindəki Kosino-Uhtomski rayonunda bölgə sakinləri məscid tikiləcəyi ilə bağlı yayılan xəbərlərə etiraz olaraq yürüş keçiriblər.

Hafta.az “Moskvicmag” jurnalına istinadən yazır ki, bölgədəki tarixi kilsənin düz yanında tikiləcək 60 min nəfərlik məscidlə bağlı söz-söhbətlər fevral ayında ortaya çıxıb və kilsə idarəçiləri xəbəri təsdiqləyiblər.

Kilsənin baş keşişi Aleksey Mityuşin bildirib ki, bölgədə mədrəsə və yaşayış yeri, eləcə də məscid tikiləcəyini eşidiblər. “Moskvicmag” jurnalı isə rəsmi rayonlaşdırma planlarında sözügedən ərazidə “Ulitsa Dmitrievskogo” metro stansiyasına keçidin tikiləcəyini qeyd edir.

Bununla belə, şəhər xəbərləri ilə məşğul olan “Ostorojno” teleqram kanalı yazıb ki, bu məsələ ilə bağlı bələdiyyə rəhbərliyinə müraciət edilib və hakimiyyət dini mərkəzin tikintisi üçün 9,9 hektar torpaq sahəsinin ayrıldığını təsdiqləyib.

Bildirilir ki, metronun tikintisindən sonra suyu çəkilən Svyatoye Ozero (Müqəddəs Göl) adlı gölün tamamilə yoxa çıxması rayon əhalisini narahat edir. Məlum olub ki, camaat kilsəni və onun ətrafını müqəddəs hesab edib, buna görə də layihənin başqa yerə aparılmasını istəyirlər.

Jurnal xatırladır ki, Moskvada müxtəlif dinlərin ibadət ocaqlarının bir araya gəlməsi ilk dəfə deyil. Otradnıda tatar məscidi, Azərbaycan məscidi, pravoslav kilsəsi, sinaqoq və buddist məbədi bir yerdədir.

Siyasət rubrikasından digər xəbərlər