Moskvadan İrəvana xəbərdarlıq: Avropa İttifaqına üzv olsanız tariflərə yenidən baxılacaq

08:00 08.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“İrəvan Avropa İttifaqına üzvlüklə bağlı qərarı müstəqil şəkildə qəbul etmək hüququna malikdir. Lakin anlamalıdır ki, o, həm Rusiya, həm də yaxın qonşusu olan İranla ticarət üstünlüklərini itirəcək”.

Hafta.az-ın yazdığına görə, bunu Rusiya Baş nzirinin müavini Aleksey Overçuk TASS-a açıqlamasında deyib. O qeyd edib ki, Ermənistanın Avropa İttifaqına üzv olmaq istiqamətindəki səyləri davam edərsə, Rusiya bu ölkə ilə iqtisadi siyasətini yenidən dəyərləndirməli olacaq.

Baş nazirin müavini, həmçinin vurğulayıb ki, Ermənistanla Rusiya arasındakı ticarətdə gömrük tarifləri mövcud deyil, çünki hər iki ölkə Avrasiya İqtisadi İttifaqına üzvdür. Lakin, İrəvan Avropa İttifaqına üzv olarsa, artıq bu, ölkələr arasında vergisiz ticarətin mümkün olmayacağı anlamına gələcək.

Overçuk əlavə edib ki, bu vəziyyət, xüsusən kənd təsərrüfatı sahəsindəki istehsalçılara böyük zərər verə bilər.