Artıq son külləri tüstülənən Xankəndindəki separatçı-terrorçu rejimin keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan Xankəndini tərk etməyiblər, bununla bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır.
Hafta.az xəbər verir ki, bu barədə Moskvada yerləşən “TASS” agentliyinə keçmiş separatçı başçıların yaxın çevrəsindən olan mənbə danışıb.
"Moskva vaxtı ilə saat 11:00-a olan məlumata görə, hər üç keçmiş lider Stepanakertdədir(Xankəndi-S.L.) Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır", - “TASS”-ın mənbəsi bildirib.
Rusiya xəbər agentliyi danışıqların gedişi ilə bağlı Azərbaycan hakimiyyətindən hələlik hər hansı şərh almadığını da əlavə edib.
Zəruri şərh:
Göründüyü kimi, Rusiyanın məşhur “TASS” dövlət xəbər agentliyi də artıq Azərbaycan ordusu və dövlət qurumlarının Xankəndinə daxil olmasına rəğmən yenə də bu şəhərimizin adını ermənicə söyləməyi tərgitmir...