Moskvanın iqlimi 60 il sonra Krasnodardakı kimi olacaq

10:38 11.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Moskvada müşahidə olunan anomal +31 dərəcə temperatur daha bir neçə həftə davam edə bilər. Lakin bu temperaturlar Moskvanın yaxın 60 ildə qarşılaşacağı iqlim dəyişiklikləri ilə müqayisədə hələ də kiçikdir.

Hafta.az-ın yazdığına görə, alimlər 2080-ci ilə qədər Moskvanın iqliminin Krasnodar diyarına bənzəyəcəyini proqnozlaşdırırlar. Bu dəyişikliklə Moskvanın yay temperaturu 6,2 dərəcə artacaq, qışda isə hərarət 7,2 dərəcəyə yüksələcək.

Sənaye dövrünün başlaması ilə karbon, metan və ozon kimi istixana qazlarının buraxılması qlobal iqlim dəyişikliyinə səbəb olur. Ekoloqlar xəbərdarlıq edirlər ki, ekoloji təmiz istehsal qəbul edilməsə, Yer kürəsi ildən-ilə istiləşəcək. Bu dəyişiklikləri indiki nəsil tam hiss etməsə də, nəvələrimizin Moskvada cənub ab-havasını yaşayacağı proqnozlaşdırılır.

Moskvanın iqliminin Krasnodar diyarının Temirqoyevskaya kəndi ilə eyni olacağı gözlənilir. Krasnodar isə İranın istisinə alışmalı olacaq. Yay aylarının daha quraq, qış aylarının isə daha rütubətli keçəcəyi təxmin edilir. Merilend Universitetindən ekoloq Matt Fitzpatrick bu iqlim dəyişikliklərini daha aydın görmək üçün şəhər xəritəsi yaradıb. Bu xəritədə, məsələn, Londonun, Nyu-Yorkun və ya Pekinin 2080-ci ilə qədər necə olacağını görmək olar.