Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib

16:10 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Hafta.az-in Türkiyə KİV-nə istinadən məlumatına görə, M.Çavuşoğlu avqustun 4-də Azərbıycanın Londondakı səfirliyinə hücumla bağlı keçmiş olsun diləklərini çatdıraraq Azərbaycana hər cür dəstəyi verməyə hazır olduqlarını vurğulayıb

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.

Oxunma sayı 173